DÜNYA


Tbilisidə silahlı şəxs 9 nəfəri girov götürüb

Tbilisi, 20 noyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi ərazisində, Tsereteli metro stansiyasının yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edərək 9 nəfəri girov götürüb. Əraziyə xeyli sayda polis və xüsusi təyinatlılar gəlib. Bina mühasirəyə alınıb. Tbilisi Daxili İşlər Nazirliyinin Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib ki, hazırda xüsusi əməliyyat davam etdirilir.

Əlində “F1” qumbarası tutan həmin şəxs ölkədə kreditlərin faiz dərəcələrinin 7 faizə endirilməsini, xüsusi həkim resepti ilə satılan dərmanların qiymətlərinin azaldılmasını və qumar oyunlarının ləğvini tələb edib. Hakimiyyət nümayəndələri hələlik cinayətkarın tələblərinə münasibət bildirməyib. Maliyyə təşkilatının yerləşdiyi binanın sakinləri təxliyə olunub, yaxınlıqdakı dükan və digər obyektlər bağlanıb. Maliyyə təşkilatı bundan əvvəl də ofisə hücum olduğunu bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.