DÜNYA


Tbilisidə üç azərbaycanlının ölümü ilə nəticələnən qəzanı törədən sürücünün sərxoş olduğu müəyyənləşib

Tbilisi, 6 iyul, AZƏRTAC

İyulun 6-da Tbilisinin Diqomi yaşayış massivindəki marşal Gelovani prospektində ağır yol qəzası baş verib. İki minik maşını və bir marşrut taksisinin toqquşması nəticəsində minik avtomobillərinin birində olan üç nəfər ölüb, iki nəfər xəsarət alıb. Həlak olanların üçü də azərbaycanlıdır. Onlardan biri Azərbaycan, ikisi isə Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, qəzanı törətməkdə şübhəli bilinən marşrut taksisinin sürücüsü saxlanılıb.

Spirtli içkinin təsiri altında olduğu müəyyən edilən sürücü özü də xəsarət alıb. Hazırda sürücü polis nəzarəti altında müalicə alır.

Onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanın Gürcüstandakı səfirliyi baş vermiş hadisəni diqqətdə saxlayır. Səfirliyin əməkdaşları hadisə yerində və xəstəxanada olub, hadisənin başvermə səbəbləri ilə maraqlanıb, ölənlərin yaxınları ilə görüşüblər. Səfirlikdən bildiriblər ki, Gürcüstan tərəfinin ekspertiza rəyindən sonra ölən hər üç şəxsin cənazəsi yaxınlarına təslim ediləcək.

Qəzada həlak olan Azərbaycan Respublikası vətəndaşının cənazəsi mərhumun yaxın qohumları tərəfindən ölkəyə aparılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.