Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tbilisidə üçtərəfli biznes forum keçirilmişdir

Tbilisi, 16 fevral (AZƏRTAC). Tbilisi şəhərində Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. 350 nəfərdən çox iş adamının iştirak etdiyi biznes forumun təşkilatçıları ölkəmiz tərəfdən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Türkiyənin Odalar və Borsalar Birliyi (TOBB) və Gürcüstanın “İnvest in Georgio” milli investisiya agentliyidir. Biznes forumda hər üç tərəfdən kənd təsərrüfatı, tikinti, turizm, toxuculuq, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətimiz Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, büstün önünə əklil qoymuşdur.

Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia forumun iştirakçılarını salamlayaraq tədbirin Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərəcəyini vurğulamışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev hər üç ölkənin iqtisadi potensialının, əlverişli coğrafi mövqeyinin, böyük tranzit imkanlarının, eləcə də bu üstünlüklərin reallaşdırılması üçün həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri bir həlqəsinə çevirdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın və Orta Asiya regionunun enerji ehtiyatları Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilir, ölkələrimiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu, regionun əhəmiyyətini daha da artırır. Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyaya nümunə olduğunu qeyd edən nazir Ş.Mustafayev Azərbaycanda Gürcüstan və Türkiyə ilə siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verildiyini, ölkə başçılarının səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Təsadüfi deyildir ki, Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Biz bir millət, iki dövlətik” kimi xarakterizə edirdi. Azərbaycan-Gürcüstan əlaqələrindən danışarkən isə Prezident İlham Əliyev ölkələrimiz arasında strateji dostluğun və müttəfiqliyin artıq dünya miqyasında çox mühüm amilə çevrildiyini qeyd etmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında möhkəm qanunvericilik bazası yaradılmışdır. Ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyalar da əməkdaşlığın inkişafında böyük rol oynayır. Son 5 ildə Azərbaycan tərəfdən Gürcüstan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur. ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Georgia Petroleum” şirkəti 2010-2011-ci illərdə Gürcüstanda neft məhsulları sahəsində ən iri vergi ödəyicisi, ötən il 32 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu ilə Gürcüstanda ilin ən iri sərmayədarı olmuşdur. Ümumiyyətlə, son 5 ildə şirkət tərəfindən Gürcüstan iqtisadiyyatına 700 milyon ABŞ dollarından çox investisiya yatırılmışdır. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində 7 min iş yeri açılmışdır. Azərbaycanda Gürcüstan sərmayələri əsasında 106, Gürcüstanda isə Azərbaycan sərmayələri əsasında 272 şirkət qeydiyyata alınmışdır. 2011-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 36 faiz artmışdır. ARDNŞ və digər Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4,4 milyard ABŞ dolları məbləğində investisiya yatırmışdır. Azərbaycanda Türkiyə sərmayələri əsasında 967 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət qeydiyyatdan keçmişdir. 2010-cu illə müqayisədə 2011-ci ildə Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsi 87 faiz artmışdır. Bundan başqa, Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi, ölkəmizdə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Gürcüstanda Azərbaycan İşgüzar Birliyi və AZPROMO-nun nümayəndəliyi fəaliyyət göstərir, ölkələrimiz arasında hər il biznes forumlar, işgüzar görüşlər keçirilir. Bütün bunlar isə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaqdır.

Ş.Mustafayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin qazandığı uğurlar barədə də ətraflı məlumat vermişdir. Nazir üçtərəfli formatda növbəti bu cür biznes forumun Azərbaycanda keçirilməsini təklif etmişdir. Biznes forumda Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Kaxa Bainduraşvili ölkəsinin biznes mühiti və investisiya potensialı, AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun qeyri-neft sektorunda həyata keçirdiyi layihələr, TOBB-un rəhbəri Rifat Hisarçıklıoğlu, Türkiyə-Gürcüstan Biznes Şurasının həmsədri Cemal İnaişvili, qurumun digər həmsədri Tuqrul Erkin ölkələr arasındakı iqtisadi-ticarət əlaqələri barədə təqdimatlarla çıxış etmişlər. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.

Şahin Mustafayevin Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia, TOBB-un prezidenti Rifat Hisarçıklıoğlu ilə keçirilmiş görüşlərində ölkələrimiz arasındakı əlaqələr, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan bizimlə söhbət zamanı demişdir: “Üç ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Tbilisidə iş adamlarının qatıldığı forum böyük əhəmiyyət kəsb edir. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə münasibətləri gündən-günə möhkəmlənir və bu istiqamətdə hörmətli dövlət başçılarımızın tapşırıqlarına əməl edilməsi gələcək böyük uğurlarımızdan xəbər verir. Dünyanın ciddi iqtisadi böhranla üzləşdiyi bir zamanda belə bir üçtərəfli biznes forumun ölkələrimizin iqtisadi qüdrətinin artmasına təkan verəcəyinə əminik. Üç ölkənin strateji iş birliyi qurması dünyanın diqqətini çəkən məsələlərdəndir. Belə tədbirlərdə üç dəniz bölgəsini gerçəkləşdirməyə nail olacağımız fikrindəyəm və mən bu forumu üç dəniz – Xəzər, Qara dəniz və Ağ dəniz bölgəsi birliyinin gerçəkləşdirilməsi yolunda uğurlu addım adlandırardım. Bu üç ölkənin birgə qurduğu ticarət əlaqələri Xəzər dənizindən Qara dənizə, oradan da Ağ dənizə çıxmaqla, dünyaya ayaq açacaqdır. Beləliklə, əlaqələrimizi daha da möhkəmləndirməklə dünyaya yeni mesaj verəcəyik. Bizim Azərbaycan ilə sevincimiz də, kədərimiz də birdir. Hər kəs bilməlidir ki, ermənilər Azərbaycan torpaqlarının işğalından əl çəkməyincə, Türkiyə Ermənistan ilə heç bir əlaqə yaratmayacaqdır. Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi rüsvayçı qanunla bağlı azərbaycanlı qardaşlar da bizə böyük həmrəylik göstərdilər və bu kampaniya davam etməkdədir. Fransa Prezidentinin bu səhv addımının iqtisadi baxımdan da ciddi problemlər törətməsinə baxmayaraq, Türkiyə sonadək öz mövqeyində duracaqdır.

Sonda onu qeyd etmək istərdim ki, belə görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə, investisiya yatırımının artırılmasına və nəhayət, birgə səylə dünya dövlətləri arasında nüfuzumuzun daha da artmasına xidmət göstərəcəkdir”.

Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia üç qonşu, dost ölkənin iş adamlarının iştirakı ilə ilk dəfə Tbilisidə keçirilən üçtərəfli biznes forumun gələcək fəaliyyətin səmərəli təşkilinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Dünyanı iqtisadi böhran bürüdüyü bir məqamda belə birgə tədbirlərlə ölkələrimizin iqtisadi inkişafına təminat yaradılacağını deyən nazir Azərbaycan, Türkiyə və Gürcüstanın hər sahədə əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyindən məmnunluq duyduğunu demişdir. V.Kobalia qeyd etmişdir ki, məhz bu birlik sayəsində iqtisadiyyatımız yüksəlir və ötən il Gürcüstanda iqtisadi inkişaf 7 faiz təşkil etmişdir. Nazir ölkəsində biznesin təşkili, infrastrukturun inkişafı, bank, gömrük və s. sahələrdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Biznes forumdan sonra hər üç nazir jurnalistlər üçün brifinq keçirmişdir.

Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Sonda Şahin Mustafayev Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb