SİYASƏT
Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Tbilisi, 8 mart, AZƏRTAC
Gürcüstanda səfərdə olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov martın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib.
Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil və gül dəstələri düzülüb.
AZAL prezidentini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, bu ölkənin Bakıdakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər müşayiət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi