Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Gürcüstan azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə səs verən xalqımızın seçimini alqışlayır və sevincinə şərik olur. Əminik ki, möhtərəm Prezidentimizin liderliyi ilə Azərbaycan dünyanın siyasi arenasında mövqeyini daha da gücləndirəcək.

Cənab Prezident, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, xalqımıza sülh və rifah diləyirik.

Hörmətlə,

Leyla Əliyeva

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru,

Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin