DÜNYA


Tbilisidəki qeyri-adi üsluba malik məşhur “Səhəng”lər auksionda satılıb

Tbilisidəki qeyri-adi üsluba malik məşhur “Səhəng”lər auksionda satılıb

Tbilisi, 25 mart, AZƏRTAC

Gürcüstan paytaxtı Tbilisinin mərkəzində Kür çayının sahilindəki Rike parkın ərazisində yerləşən “Rikes Dokes” (Səhəglər) nəhayət ki elektron auksion vasitəsilə satılıb.

AZƏRTAC xəbər verir ki, 14 min 591 kvadratmetr ərazisi olan bu bina “Global Victory Trust” şirkəti tərəfindən 10 milyon 20 min (təqribən 2,8 milyon dollar) lariyə satılıb.

Auksionun şərtlərinə əsasən, obyektin sahibi 36 ay ərzində həmin ərazidə (tikilidə) şərab, rəqəmsal texnologiyalar, həmçinin sərgi mərkəzi açmalıdır. Bunun üçün isə əraziyə təqribən 20 milyon lari investisiya qoyulmalıdır.

Qeyd edək ki, Tbilisinin mərkəzi Rike parkında yerləşən və qeyri-adi üsluba malik kompleks 570 nəfərlik konsert zalından ibarətdir. Obyekt Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə italyan memar Massimiliano Fuksasanın layihəsi əsasında 2012-ci ildə inşa olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.