SİYASƏT


Tbilisidəki televiziya qülləsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi, 29 may, AZƏRTAC

Mayın 28-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Müstəqillik Günü ilə münasibətilə ölkəmizin Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub.

Tele qüllə ilə yanaşı, Tbilisinin mərkəzində Kür çayının üzərindəki "Sülh körpüsü" də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.