CƏMİYYƏT


Tbilisidəki televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi, 28 may, AZƏRTAC

Mayın 28-də axşam saatlarında Tbilisinin ən hündür nöqtəsində, Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayının Gürcüstan paytaxtının mərkəzindən keçən hissəsində quraşdırılmış “Sülh körpüsü” (şüşəli körpü) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan aksiya 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

İşıqlandırma mayın 29-u səhər saatlarınadək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.