İDMAN


Tbilisinin meri: “Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın təcrübəsini öyrənəcəyik”

Tbilisinin meri: “Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın təcrübəsini öyrənəcəyik”

Tbilisi, 1 may, AZƏRTAC 

“Mənim Bakıya səfərim bütün Avropa və Cənubi Qafqaz üçün əlamətdar hadisə ilə üst-üstə düşəcək. “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək Gürcüstan nümayəndə heyətinin tərkibində mən də varam. Bu səfər zamanı həm Avropa Oyunlarını izləyəcəyik, həm də Bakının bu Oyunlara necə hazırlaşdığını öyrənəcəyik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhərinin meri David Narmania deyib.

D.Narmaniya bildirib ki, iyulun sonu avqustun əvvəllərində Tbilisidə gənclər arasında ilk Olimpiya Oyunları keçiriləcək. Bu da Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir.

Tbilisinin meri onu da vurğulayıb ki, Gürcüstan ilə Azərbaycan arasında, xüsusən də hər iki ölkənin paytaxt rəhbərliyi arasında mehriban dostluq əlaqələri var. Hazırda Tbilisi ilə Bakının qardaşlaşması istiqamətində fəal iş aparılır. Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması ilə bağlı anlaşma memorandumu hazırlanır. Bu sənəddə iki şəhərin meriyaları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri nəzərdə tutulub.

“Ümid edirəm ki, Bakıya səfərim zamanı bu və digər məsələlər tam müzakirə ediləcək və yekun qərar qəbul olunacaq”, – deyə Narmaniya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.