CƏMİYYƏT


Tbilisinin mərkəzində baş vermiş qəzada bir nəfər ölüb, 12 nəfər yaralanıb

Tbilisi, 9 yanvar, AZƏRTAC

Yanvarın 9-da Tbilisinin Çavçavadze küçəsində qəza baş verib. Nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, təcili tibbi yardım avtomobili Tbilisinin Çavçavadze küçəsində idarəetməni itirərək tikintisi davam edən çoxmərtəbəli binanı qarşısındakı tikiliyə çırpılıb. Ölən və yaralanan fəhlələr də məhz həmin tikilidə olublar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. “Rustavi2” telekanalının məlumatına görə, ölən və yaralananlar Azərbaycan vətəndaşları və Gürcüstanda yaşayan azərbaycanlılardır. Onlar inşaat şirkətinin xətti ilə Gürcüstanda çoxmərtəbəli binaların tikintisində çalışırlar.

Tikinti şirkətindən isə bildirilir ki, ölən yaralanlanların hamısı Gürcüstan vətəndaşlarıdır.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətdə saxlayır. Hadisənin təfərrüatları araşdırılır. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.