CƏMİYYƏT


Tbilisinin mərkəzində baş vermiş qəzada ölənin kimliyi məlum olub

Tbilisi, 9 yanvar, AZƏRTAC

Yanvarın 9-da Tbilisinin Çavçavadze küçəsində baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub. Ölən gənc yerli azərbaycanlı – Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kənd sakini Babək Həsənovdur.

AZƏRTAC xəbər verir ki, yaralanan şəxslər də yerli azərbaycanlılardır. Onlardan birinin ayağı amputasiya olunub, digər yaralılardan birinin də vəziyyəti ağırdır. O, başından xəsarət alıb.

Məlumat üçün qeyd edək ki, yanvarın 9-da təcili tibbi yardım avtomobili Tbilisinin Çavçavadze küçəsində idarəetməni itirərək tikintisi davam edən çoxmərtəbəli binanın qarşısındakı balaca yardımçı tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananlardan biri təcili tibbi yardımının sürücüsüdür.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətdə saxlayır. Hadisənin təfərrüatları araşdırılır.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.