DÜNYA


Tbilisinin mərkəzində bomba həyəcanı yaşanıb

Tbilisinin mərkəzində bomba həyəcanı yaşanıb

Tbilisi, 31 mart, AZƏRTAC

Martın 31-də axşam saatlarında Gürcüstan paytaxtı Tbilisidə ikinci dəfə həyəcanlı anlar yaşanıb.

AZƏRTAC xəbər verir ki, paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da bomba həyəcanı yaşanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.

Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.

Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər.

Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.

Qeyd edək ki, “Fabrika Tbilisi”nin binası əvvəllər sənaye müəssisəsi olub. Sonradan burada olan avadanlıq dekorativ məqsədlər üçün yenidən qurulub. Binada otel, restoran, əyləncə mərkəzi, mağaza və digər sosial obyektlər açılıb.

“Fabrika Tbilisi”ni hər gün yüzlərlə insan ziyarət edir.

Qeyd edək ki, bu hadisədən təxminən 1 saat əvvəl Tbilisinin digər hissəsində yerləşən məşhur “Ambassador” otelində yanğın olub.

Yanğın söndürülüb, xəsarət alan olmayıb. Otelə ciddi ziyan dəyib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.