DÜNYA


Tbilisinin mərkəzindəki yaşayış evlərinin birində güclü yanğın baş verib

Tbilisi, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də səhər erkən saatlarında Tbilisinin mərkəzi hissəsində Navtluq küçəsindəki üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZƏRTAC Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinə istinadla xəbər verir ki, hadisə nəticəsində 66 yaşlı qadın dünyasını dəyişib.

Yanğın binanın birinci mərtəbəsində baş verib. Qalın tüstü binanı tam əhatəyə alıb. Yanğınsöndürənlər 3-ü körpə uşaq olmaqla 5 nəfəri xilas ediblər. Tüstüdən zəhərlənən sakinlərə təcili tibbi yardım göstərilib.

Hadisə yerinə 7 yanğınsöndürmə və xilasedicilər qrupu cəlb olunub.

Alov söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.