MƏDƏNİYYƏT
Teatr Muzeyi “Cənnətim Qarabağ” layihəsinə yekun vurub
Bakı, 9 dekabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Şuşa İli” ilə bağlı müvafiq Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, bu ilə müxtəlif layihələrlə öz töhfəsini verib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə il ərzində bir sıra silsilə layihələr - tədbirlər, sərgilər, elmi-praktiki konfranslar həyata keçirilib.
Bunlardan biri də sosial şəbəkələr üzərindən paylaşılmış “Cənnətim Qarabağ” layihəsi olub.
“Bu layihə çərçivəsində qədim Qarabağ torpağının yetişdirdiyi ayrı-ayrı incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş otuzdan artıq təqdimat olub. Muzeyin fondunda qorunan nadir eksponatlar əsasında hazırlanan rubrikaya son videoçarxla yekun vurulub”, - deyə qeyd olunub.