MƏDƏNİYYƏT


Teatr Muzeyində “Xan qızı” ədəbi-bədii kompozisiyası nümayiş olunub

Bakı, 18 may, AZƏRTAC

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Bakı Bələdiyyə Teatrının təqdimatında “Şuşa İli”nə və Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Xan qızı” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, kompozisiya Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin uzun illər Azərbaycan teatrının səhnəsində uğurla oynanılmış “Xurşidbanu Natəvan” pyesinin motivləri əsasında səhnələşdirilib.

Tədbir çərçivəsində qonaqlar muzeyimizin eksponatları əsasında Qarabağ mövzusuna toxunan əsərlərə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət sərgi ilə tanış olublar. Sonra qonaqlar muzey əməkdaşları tərəfindən bu məzmunda hazırlanmış videoçarxa baxıblar.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il isə Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.