MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqı 125 – “Milli klassika”

Teatr Xadimləri İttifaqı 125 – “Milli klassika”

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 10-dan 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Milli klassika” adlı teatr festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunur.

Festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, festival tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.