MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqı erməni təxribatına qarşı bəyanat yayıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

ATXİ-dən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.