MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Teatr Xadimləri İttifaqı “10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqə elan edib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilir.

Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinə təqdim etməlidirlər.

Qaliblər Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə pul mükafatı və diplomlarla təltif olunacaq.

Birinci yerin qalibinə 250, ikinci yerin qalibinə 200, üçüncü yerin qaliblərinə isə 150 manat məbləğində pul mükafatı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.