MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqında Boris Şukin Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının (AzTXİ) təşkilatçılığı ilə iyulun 22-də Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət xadimləri, ziyalılar və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə Xalq artisti AzərPaşa Nemətov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, belə görüşlər iki ölkənin teatrları arasında əməkdaşlığın göstəricisidir. O qeyd edib ki, son illərdə Azərbaycanda teatr sənətinin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsində teatrlarımızın beynəlxalq əlaqələri genişlənir və qarşılıqlı qastrol səfərləri həyata keçirilir.

Sonda Azərbaycan qastrolunda uğurlu çıxışlarına görə tələbələrə İttifaq tərəfindən fəxri fərman və pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.