İQTİSADİYYAT


Təbabət və əczaçılıq sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı məsələləri müzakirə edilib

Moskva, 27 iyun, AZƏRTAC

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin biznes klubu onlayn-tədbirlər silsiləsindən təbabət və əczaçılıq sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı məsələlərinə həsr edilmiş növbəti görüş keçirib.

Ticarət Nümayəndəliyində AZƏRTAC-a bildirilib ki, həmin görüşdə əczaçılıq sahəsində ixrac, innovasiyalar və investisiya layihələrinin inkişafı məsələlərinə toxunulub. Tədbirin moderatoru Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin biznes klubunun icraçı direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru Mariya Suvorovskaya olub.

Tədbiri Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov açıb. Görüşdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət-Sənaye Palatası yanında Tibbi Mallar və Xidmətlər İstehsalçıları Gildiyasının sədri Olqa Balous, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının və hər iki ölkənin ən iri əczaçılıq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri Pirallahı Sənaye Parkının təqdimatı ilə çıxış ediblər.

Görüşün yekununa əsasən qətnamə qəbul edilməsi və işçi qrup yaradılması qərara alınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.