Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Təbiət Tarixi Muzeyində faunanın ən qədim nümunələri nümayiş olunur

Bakı, 12 mart, AZƏRTAC

Mamont, fil, kərgədan, ibtidai kəl, zürafə…

Əlbəttə, bu heyvanlar Azərbaycanda yaşamırlar. Lakin Azərbaycan ərazisində onların sümüklərinin tapılması, məskəni tropik iqlim qurşaqda yerləşən ölkələr olan həmin heyvanların vaxtilə ölkəmizdə yaşadığını sübut edir. Xortumluların ona qədər, balinakimilərin müxtəlif növlərinin də qalıqları iqlim dəyişikliyinə qədər Azərbaycanın zəngin faunaya malik olduğunu sübut edir.

AMEA-nın Təbiət Tarixi Muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Obrik Zeyniyevin AZƏRTAC-ın müxbirinə dedikləri buna aydınlıq gətirir:

-2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənəsiz kəlləsi tapılıb. Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü tapılıb. Son iki ildə muzeyimizin əməkdaşları Balakənin Katex polimetal yatağından, Gədəbəyin Uğur, Köhnə Gədəbəy və Qədir filiz yataqlarından, eləcə də Daşkəsənin alunit və kobalt yataqlarından aşkar etdikləri geoloji və paleontoloji nümunələrini muzeyin eksponatları sırasına daxil ediblər.

Direktor müavini muzeyin tarixi barədə də məlumat verib. Onun dediyinə görə, 1919-cu ilin avqustunda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin təşəbbüsü ilə Dövlət Muzeyi yaradılıb. Muzeydə tarix, təbiət və mədəniyyət bölmələri fəaliyyət göstərib. 1927-ci ildə ləğv edilən həmin muzeydəki təbiət bölməsinin bazası əsasında sonradan 1937-ci ildə Təbiət Tarixi Muzeyi yaradılıb.

Ekspozisiyalarda ölkəmizin zəngin təbii sərvətləri yer alır. Onların arasında paleontoloji və təbii dəyişikliklər əsasında müxtəlif canlıların skeletləri və bitki örtüyünün qalıqları daha çoxdur. Muzey biologiya və geologiya bölmələrindən ibarətdir. Həmin bölmələr özləri də bir neçə şöbəyə bölünür.

Zəngin kolleksiyada bir neçə dövrü əhatə edən eksponatlara rast gəlmək olar. Paleozoy erasına aid mərcan poliplərindən tutmuş 45 min yaşı olan kərgədan skeletinə qədər müxtəlif nümunələr böyük maraq doğurur. Yalançı dişli quş da nadir tapıntılar arasındadır. Belə eksponatlar sırasında ölkəmizin şimal bölgəsindən tapılmış sarmat dövrünə aid heyvan qalıqları da var. Muzeyin maraq doğuran eksponatları içərisində müasir heyvanlardan kenquru, şir, at, zebra, ayı skeletləri də diqqət çəkir.

Minlərlə eksponatın qorunub saxlandığı muzeydə 60-a yaxın sürünən növü, 12 suda-quruda yaşayan canlı növünə rast gəlmək mümkündür. Ekspozisiyada 360-dan çox məməli heyvan və quş müqəvvası da yer alıb.

Direktor müavininin verdiyi məlumata görə, paleontologiya sahəsində aparılan tədqiqatların məzmunu, alınan nəticələr və toplanan nadir eksponatların əhəmiyyətinə görə Təbiət Tarixi Muzeyi bu profilli muzeylər arasında qabaqcıl yerlərdən birini tutur. Dünya şöhrətli Binəqədi dördüncü dövr faunası, Eldar düzənliyində aşkar edilmiş sarmat hipparion faunası, Pirəkəşkül kəndi ətrafında toplanılmış onurğalıların yeni cinsləri, həqiqi suitilər fəsiləsinin yaranması haqqında yeni fərziyə, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və bir çox başqa mövzular muzeyin elmi əməkdaşlarının tədqiqatları arasında mühüm yer tutur.

Ölkəmizin ərazisində aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir və öyrənilir. Binəqədi qır gölündən toplanan kolleksiya içərisində 113 növ məməli, 112 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 120 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri müxtəlif nəşriyyatlarda monoqrafiya, elmi məqalə şəklində dərc olunub. Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir. Burada tapılmış skeletlər üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları da böyük maraq doğurur.

Binəqədi dördüncü dövr fauna və florası ən məşhur tədqiqat obyektidir. Onu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranco La Brea ilə müqayisə etmək olar. Lakin Binəqədi qır gölündə aşkar edilən fauna və flora nümunələrinin yaşı ondan xeyli üstündür. Ranço La Breadakı eksponatların maksimal yaşı 15 mindən başlayır, buradakı eksponatların arasında isə 40 mindən 120 minədək yaşı olanlar var.

Təbiət Tarixi Muzeyindəki hər bir fauna və flora nümunəsi öz dövrünün şahididir. Zooloji şöbədə Azərbaycanın müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların bərpa edilmiş skelet və müqəvvaları, formalin və spirt məhlulunda saxlanılan cəsədləri nümayiş etdirilir. Muzeyin divarlarında Azərbaycanın zəngin təbiətini əks etdirən yağlı boyalarla işlənmiş şəkillər asılıb.

Muzeyin geoloji şöbəsində yerləşən 13 vitrində respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, travertine, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi 83 adda süxur və mineral nümunəsi nümayiş etdirilir.

Muzeyin qarşısında duran əsas məsələlərdən biri məktəbliləri, tələbələri, ziyalıları ölkəmizin təbii sərvətləri, fauna və florası ilə tanış etmək, onlara maddi-mənəvi sərvətlərimizin qorunmasının təşkili, ekologiya məsələlərinə aid tövsiyə verməkdən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb