ELM VƏ TƏHSİL


Təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş

Bakı, 3 may, AZƏRTAC

Təhsil İnstitutu Sinqapurun “Alston” nəşriyyat evi ilə birgə həyata keçirilən layihə çərçivəsində V sinif təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş təşkil edib. Görüşdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və direktor müavini Ülkər Babayeva iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə V sinif təbiət fənni üzrə dərslik komplektinin ilkin əlyazmaları müzakirə edilib. Görüş zamanı bu layihə çərçivəsində görüləcək işlər barədə qərarlar qəbul olunub.

Qeyd edək ki, Sinqapurun “Alston” nəşriyyat evi ilə birgə həyata keçirilən layihənin ilkin mərhələsində təbiət elmləri üzrə dərsliklərin təkmilləşdirilməsi məqsədilə işlər görülüb. İbtidai təhsil səviyyəsində cari vəziyyət – kurikulum, təlim və tədris materialları təhlil olunub və müvafiq tövsiyələrə əsasən yeniliklər edilib. 2021-ci ilin fevral ayından etibarən V sinif təbiət fənni üzrə dərslik konsepsiyası, dərslik, metodik vəsait və iş dəftəri hazırlanır. “Alston” nəşriyyat evi tərəfindən təbiət fənni üzrə təhsil proqramının və dərslik komplektlərinin hazırlanması məqsədilə indiyədək bir sıra distant təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.