ELM VƏ TƏHSİL


Təbiət fənni üzrə pilot məktəblərdə dərs deyəcək müəllimlər üçün təlimlər davam edir

Bakı, 7 oktyabr, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən ölkə üzrə seçilmiş orta məktəblərin V siniflərində pilot olaraq tətbiq edilən təbiət fənnini tədris edəcək 132 müəllim üçün təlimlər keçirilir.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, təlimlərin məqsədi müəllimləri təbiət dərslik komplektinin (dərslik, iş dəftəri və metodik vəsait) inteqrativ məzmun və quruluşunun elmi əsasları ilə tanış etmək, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla onlara praktik məşğələlər keçməkdir.

Onlayn formatda keçirilən təlimlər oktyabrın 9-na qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.