CƏMİYYƏT


Təbiətə ziyan vuranlar aşkar edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində 3 ov tüfəngi, 38 patron və adı “Qırmızı kitab”a düşmüş iki turac götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarənin əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi qaydada profilaktiki söhbətlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.