CƏMİYYƏT


“Təbiəti qoruyaq” silsiləsindən “Mənim böyük dünyam” kitabının təqdimatı keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Yaşıl bir ağacın budağını sındırmaq, çağlayan bir bulağı çirkləndirmək, suyu hədər yerə axan su kranını bağlamamaq, eləcə də əlindəki zibili hara gəldi tullamaq bəlkə də təbiətə vurulan ən böyük zərbədir.

Əgər özümüz bir ağac əkib becərmiriksə, batan bir bulağın gözünü aça bilmiriksə, bir çiçək yetişdirmiriksə, heç olmasa olanları qorumaq, onların qayğısına qalmağa nə söz? Bu, bizim hər birimizin ana təbiət qarşısında müqəddəs övladlıq, vətəndaşlıq borcumuz olmalıdır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Bakının 189-190 və 6 nömrəli məktəblərində “Təbiəti qoruyaq” silsiləsindən “Moy bolşoy mir” (Mənim böyük dünyam”) kitabının ideya müəllifi olan Bəhram Bağırzadə ilə görüş zamanı səslənib.

Məktəbin direktoru, Əməkdar müəllim Ceyran Kuliyeva tədbirin məramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) dəstəyi ilə çap olunan bu nəşrin məktəblilər üçün ekoloji maarifləndirmə sahəsində böyük rol oynadığından və uşaqların təbiətə olan sevgisinin formalaşmasındakı əhəmiyyətindən danışıb.

ETSN-nin şöbə müdiri Səyyarə Məmmədova da azyaşlı oxuculara ünvanlanan kitabda ətraf mühitin ayrı-ayrı komponentləri, onların bir-biri ilə qarşılıqlı əlaqəsi və bu sahədə məktəblilərin üzərinə düşən məsuliyyət hissi barədə məlumat verib.

Əməkdar artist Bəhram Bağırzadə vaxtilə təhsil aldığı ona çox doğma olan məktəb kollektivi ilə görüşdən məmnun olduğunu bildirib və kitabın ərsəyə gəlməsinə dəstək olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıq edib. Uşaqların nəinki təkcə ana təbiətə, ətraf mühitə məhəbbəti, ekoloji maarifləndirilməsi, üstündə dünyaya gəldiyimiz torpağa, yaşadığımız yurda, suyunu içib havasını udduğumuz Vətənə sevgi hisslərinin yaranmasında kitab təbliğatının özünəməxsus yeri olduğunu qeyd edib. O, elə bu niyyətlə də indiyədək balaca oxucular üçün 31 kitab yazdığını və bundan sonra daha 28 kitab qələmə alacağını bildirib.

Sonra kitabın ideya müəllifi şagirdlərin ekologiya və təbiətin qorunması, vətənpərvərlik və vətəndaşlıq mövqeyi ilə əlaqədar suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.