Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Təbiətin möcüzəsi, min bir dərdin dərmanı – Naxçıvan balı

Təbiətin möcüzəsi, min bir dərdin dərmanı – Naxçıvan balı

Naxçıvan, 28 sentyabr, Rauf Kəngərli, AZƏRTAC

Arıçılıq kənd təsərrüfatının ən qədim, maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir. Ən əsası, arıçıların istehsal etdiyi çox dəyərli qida maddəsi olan bal insanlara şəfa verir. Dünyada isə sağlamlıqdan daha gözəl nemət yoxdur.

Bal kimi dərmandan imtina etməyin

Kəngərli rayonunun Təzəkənd sakini, uzun illərdir arıçılıqla məşğul olan Habil Abbasov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində balın şəfalı xüsusiyyətlərindən ətraflı danışıb. Otuzdan çox arı ailəsi saxlayan arıçı bildirib ki, “Bal min bir dərdin dərmanıdır” deyimi heç də təsadüfi deyil. Güləm, arı südü, vərəmum, mum, arı çörəyi, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair bir çox xəstəliklərin təbii dərmanıdır. Məsələn, balın qaymağı ilə inək südünün qarışığının bir sıra xəstəliklərin müalicəsinə çox böyük təsiri var. Hələ qədimdən el arasında “mumurqan” adlı məlhəm var idi ki, bu, xüsusən dağ yerlərində yaranan dəri çatları üçün istifadə olunurdu. Vaxtilə dava-dərmanın olmadığı vaxtlarda babalarımız, nənələrimiz xəstəliklərin dərmanını balda, arıçılıq məhsullarında tapırdılar. Təbii ki, bal da, gərək həqiqi bal olsun və ondan kortəbii istifadə etməyəsən. Təsadüfi deyil ki, vaxtilə tibb elminə misilsiz töhfə verən dünyaşöhrətli təbib İbn Sina deyib ki, əgər sağlam ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən.

Naxçıvanın kəskin kontinental iqliminin burada hasilə gələn balın müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərdiyini vurğulayan Habil Abbasov deyib: “Yaz aylarından başlayaraq havaların isti keçməsi Kəngərli rayonunun ərazisində mövcud olan balverən bitkilərə də təsirsiz ötüşmür. Belə ki, onların çiçəklərindən arıların topladığı balın rütubət faizi çox aşağı olur. Bu isə balın dadına və tamına təsir göstərir, onun tərkibindəki maddələrin sıxlığının artmasına səbəb olur”.

Onun sözlərinə görə, bu gün həmin balverən bəzi bitkilərdən müxtəlif xəstəliklərdə türkəçarə kimi də istifadə edilir. Müşahidələr də göstərir ki, bu bitkilərdən hasilə gələn balın şəfaverici təsiri daha da yüksəkdir. Çünki arının çoxsaylı çiçəklərdən topladığı balın tərkibindəki maddənin miqdarı bitkinin adi çay dəmləməsindən daha çox olur. Həm də həmin maddələr bədən tərəfindən daha yaxşı mənimsənilir. Balın uzunmüddətli həzm prosesinə məruz qalmadan birbaşa qana sorulması da buna imkan verir. Əgər sizdə bala qarşı allergiya yoxdursa, onda bal kimi dərmandan heç vaxt imtina etməyin. Xüsusən də yüksək keyfiyyəti və şəfaverici xüsusiyyəti olan Naxçıvan balından.

Kəklikotu, üzərlik, boyaqotu balı

Naxçıvan Muxtar Respublikasının digər bölgələri kimi, Kəngərli rayonunun da florası çox zəngin və heyranedicidir. Qeyd etdiyimiz kimi, burada çoxsaylı dərman bitkiləri mövcuddur. Bu barədə danışan arıçı bildirib ki, onlar arasında kəklikotu, üzərlik, boyaqotu, tənbəki, kəvər (çöl yalaması), keçitikanı və adını qeyd etmədiyimiz digər bitkilər daha çox diqqəti cəlb edir. Kəngərlidə arılar çox zaman fərqli vaxtlarda həmin bitkilərin hamısından bal toplayır ki, bu da məhsulun keyfiyyətini birə-beş artırır.

“Arıçı yeşikləri bu bitkilərin daha sıx olduğu yerlərə gətirdiyi vaxt, təbii ki, bu zaman balda hər hansı bir bitkinin şəfaverici təsiri daha çox olur”, - deyən Habil Abbasov buna misal da göstərərək vurğulayıb: “Qarabağlar və Çalxanqala kəndlərinin yerləşdiyi dağlarda qızılgül, limon ətirli kəklikotunun çiçək açdığı vaxtlarda arı yeşikləri həmin əraziyə gətirələrsə, təbii ki, kəklikotunun şəfaverici təsiri bala daha çox sirayət edəcək. Dədə-babalarımızdan eşitmişik ki, həmin bal, xüsusən, soyuqdəymədə, boğaz ağrısında, xora və iltihab problemlərində əvəzsiz təsir göstərir. Üzərlik balı isə davamlı baş ağrılarında, mədə-bağırsaq problemlərində istifadə oluna bilər. Boyaqotu balı böyrək və sidik yolları xəstəliklərində, bədənin gücünün bərpa olunmasında, daxili orqanların bəzi xəstəliklərində faydalı sayılır”.

Tütün balı ürək-damar və əsəb xəstəliklərinin dərmanıdır

Tütün balından danışan arıçı qeyd edib ki, Kəngərli rayonunda tütünçülüyün inkişafı istiqamətində görülən işlər nəticəsində, tütün balını da istehsal etmək imkan artıb. Bu balın qoxusu da fərqlidir. Hazırlanan bal sırf tütün çiçəyindən hasil olmuşsa, həmin bal qara rəngdə olacaq. Ancaq məsələ burasındadır ki, tütün bütün bitkilərdən gec – sentyabr ayında çiçək açır. Bu müddətə qədər arılar digər bitkilərin çiçəyindən də istifadə edirlər. Buna görə də bizim istehsal etdiyimiz bal digər çiçəklərdən alınmış bal ilə qarışmış şəkildə olur. Lakin bununla belə, balın tərkibində tütünün qoxusunu və fərqli dadını hiss etmək mümkündür. Bu, eyni zamanda, balın müalicəvi əhəmiyyətini də artırır. Tütün balı ürək-damar və əsəb xəstəliklərinin əsl dərmanıdır.

Habil Abbasov vurğulayıb ki, bu gün Naxçıvanda bütün ailə təsərrüfatları kimi, arıçıların da təsərrüfatlarını genişləndirmələri üçün hərtərəfli şərait yaradılıb. Bu sahəyə göstərilən dövlət dəstəyinin digər mühüm təzahürü isə arıçılara saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi, tələbata uyğun yeni yem mənbələrinin yaradılması, yaşıllıqların salınması, əkin sahələrinin genişləndirilməsidir. “Kəngərli rayonunda yeni heyvandarlıq – arıçılıq əczaxanasının yaradılması biz arıçıların vaxtında keyfiyyətli dərman preparatları əldə etməsinə imkan verib. Digər tərəfdən, arıçılıqla bağlı lazımi ləvazimatlarla təmin olunmağımızda da problem yoxdur. Yaratdığı bu gözəl şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm və çalışacağam ki, gələcəkdə məhsul istehsalını daha da artırım”, – deyə arıçı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb