DÜNYA


Təbii fəlakət Yaponiyanın kənd, meşəçilik və balıqçılıq təsərrüfatlarına 2,3 milyard dollar ziyan vurub

Tokio, 6 noyabr, AZƏRTAC

Təbii fəlakət Yaponiyanın kənd, meşəçilik və balıqçılıq təsərrüfatlarına 2,3 milyard dollardan çox ziyan vurub.

AZƏRTAC Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 12-də Yaponiya sahillərinə çatan “Hagibis” tufanı nəticəsində bu sahələrə dəyən ziyan 1 milyard 800 milyon dolları ötüb.

Nazirliyin noyabrın 6-da dərc etdiyi hesabatda tufan və bundan bir həftə sonra baş verən tropik yağışların vurduğu maliyyə zərəri barədə məlumatlar öz əksini tapıb.

Bildirilir ki, bu, son rəqəm deyil və həmin zərərin məbləği xüsusən çayların daşdığı rayonlarda artacaq.

Hesabatda, həmçinin sentyabrda Yaponiyaya çatan “Faxai” tufanının da 468 milyon dollar zərər vurduğu qeyd edilib. Ümumilikdə dəyən zərərin isə 2 milyard 300 milyon dolları keçdiyi bildirilir.

Hesabatı şərh edən nazir Taku İto bildirib ki, tam bərpa işləri üçün uzun vaxt lazım gələcək. Nazir, həmçinin qeyd edib ki, hökumətin bu həftənin sonlarında yardım paketi barədə təkliflə çıxış edəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.