DÜNYA


Təbii fəlakətlər Mərakeşə hər il 575 milyon dollardan artıq ziyan vurur

Təbii fəlakətlər Mərakeşə hər il 575 milyon dollardan artıq ziyan vurur

Rabat, 17 avqust, AZƏRTAC

Mərakeş Yaxın Şərqdə və Şimali Afrikada geoloji və iqlim hadisələri ilə bağlı risklərə ən çox məruz qalan ölkələrdən biridir.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının dəyərləndirməsinə görə, daşqın, zəlzələ və quraqlıq kimi təbii fəlakətlər ucbatından Mərakeş hər il 575 milyon dollardan artıq vəsait itirir. Bundan başqa, sürətli urbanizasiya və iqlim dəyişmələri hava hadisələrinin təkrarlanmasının və ciddiliyinin artmasının əlamətlərini göstərir.

Dünya Bankının hesabatında bildirilir ki, “Təbii fəlakət risklərinin kompleks idarəetmə proqramı” Mərakeşin müvafiq milli strategiyanın hazırlanması üzrə səylərin artırılması yolu ilə təbiət kataklizmlərinə və iqlim dəyişmələrinə dayanıqlığının möhkəmlənməsinə kömək olub.

Bu beynəlxalq layihə təqribən 9 milyon insanı fəlakətlər zamanı fiziki xəsarətlərdən sığortalamaqla və ölkə əhalisinin yoxsul təbəqəsinə mənsub olan təqribən 6 milyon insana kömək edən həmrəylik fondunu yaratmaqla, 174 mindən çox benefisiarın marağında olan risklərin azaldılması üzrə struktur tədbirlərinə sərmayə yatırılmasını dəstəkləyib.

Mərakeş Daxili İşlər Nazirliyi nəzdində Risklərin proqnozlaşdırılması üzrə milli mərkəzin rəhbəri Əşrəf Hadinin sözlərinə görə, ölkədə fəlakət riskləri və iqlim dəyişmələrinin artması ilə bağlı problemlərin həlli üçün Dünya Bankının Təbii fəlakətlərin fəsadlarına qarşı mübarizə Fondu “Vigirisk” daşqını ehtimalının monitorinq layihəsini maliyyələşdirib. 2022-ci ilin mart ayına olan vəziyyətə görə, fond fəlakət riskinin azaldılması üzrə ümumi investisiya həcmi 304 milyon dollar olmaqla 180 layihəni dəstəkləyib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.