CƏMİYYƏT


Təbii fəlakətlər zamanı erkən xəbərdarlıq sistemlərinin tətbiq edilməsi ölüm hallarının sayını azaltmağa imkan verib

Təbii fəlakətlər zamanı erkən xəbərdarlıq sistemlərinin tətbiq edilməsi ölüm hallarının sayını azaltmağa imkan verib

Bakı, 18 may, AZƏRTAC

“Təbii fəlakətlərin əsas səbəblərinin aradan qaldırılması üzərində çalışmağın vaxtıdır”. Belə bəyanatla BMT Baş katibinin təbii fəlakətlər riskinin azaldılması üzrə xüsusi nümayəndəsi Mami Mizutori çıxış edib.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, BMT başçısının xüsusi nümayəndəsi jurnalistlərlə BMT Baş Assambleyasının yüksək səviyyəli iclası ərəfəsində görüşüb. Bu ikigünlük tədbir cümə axşamı Nyu-Yorkda keçiriləcək. Onun iştirakçıları fəlakətlər riskinin azaldılması üzrə Senday Çərçivə Proqramının yerinə yetirilməsi gedişini müzakirə edəcəklər. Üzv dövlətlər növbəti yeddi ildə təbii fəlakət risklərinin azaldılmasına və bu sahədə davamlılığın artırılmasına yönəlmiş gələcək hərəkətləri müəyyən edən siyasi bəyannamə qəbul edəcəklər.

“Son illər təbii kataklizmlərin səbəb olduğu ölüm hallarının sayı bir qədər azalıb, çünki erkən xəbərdarlıq sistemi təkmilləşdirilib”, – deyə Mami Mizutori qeyd edib. O əlavə edib: “Lakin biz bunu COVID-19 pandemiyası səbəbindən ölüm hallarının statistikasına daxil etsək, biz yenə də azalma deyil, artım müşahidə edəcəyik. Bizə daha effektiv planlaşdırma lazımdır. Ölkələrin əksəriyyətində fəlakət risklərinin idarə olunması kifayət qədər büdcə və heyət olmadan hökumət yanında kiçik agentliyin fəaliyyəti ilə məhdudlaşır”.

BMT rəhbərinin xüsusi nümayəndəsi qeyd edib ki, Senday proqramının realizə edilməsi və tərəqqi ləngiyir, bəzi hallarda isə geriləyir. İstixana qazlarının tullantıları artmaqda davam edir, iqlim xaosu getdikcə daha çox nəzərə çarpır. O vurğulayıb: “Söhbət təkcə iqlim sahəsində fövqəladə vəziyyətdən getmir. Biz bütövlükdə cəmiyyətdə həssaslığın azaldılması üzərində çalışmalıyıq”.

2015-ci ildə 187 üzv dövlətlər tərəfindən qəbul olunmuş Senday Çərçivə Proqramı təbii fəlakətlər nəticəsində ölüm hallarının və dağıntıların azalması üçün qlobal əsasdır. Proqramın müzakirə olunacağı Nyu-Yorkda keçiriləcək forumun işində yüzə qədər dövlət başçısı və nazirlər də daxil olmaqla, 500-ə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.