İQTİSADİYYAT


Təbii qazın Azərbaycanın ümumi ixracındakı payı azalıb

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 80,72 faizini, təbii qaz 6,98 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,11 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 72 faizini, təbii qaz 10,88 faizini, neft məhsulları 2,90 faizini təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.