İQTİSADİYYAT


Təbriz Əmmayev: “TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və yaşıl texnologiyalar sahəsində keçirilən möhtəşəm festivaldır

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və yaşıl texnologiyalar sahəsində keçirilən möhtəşəm festivaldır. Diqqətçəkən məqam isə bu festivalın ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev söyləyib.

Festivalın iki ölkə arasında olan dostluğun, qardaşlığın, strateji müttəfiqliyin bariz nümunəsi olduğunu vurğulayan T.Əmmayev deyib: “Bu festival çərçivəsində keçirilən bilik yarışmalarından biri də yaşıl texnologiyalara aiddir. Biz də Agentlik olaraq BP şirkəti ilə festival çərçivəsində birgə stendlə çıxış edirik. Stendimizin məqsədi bu festivalda olan maarifləndirməyə, bilik və bacarıqların artırılmasına, gənclər arasında ətraf mühitin qorunmasına, yaşıl texnologiyalardan istifadəyə, rəqəmsal iqtisadiyyata və s. bu kimi sahələrdə olan təbliğata töhfəmizi verməkdir”.

Direktor müavini bildirib ki, təmsil etdiyi qurumun stendində bütün festival boyu təlimlər keçiriləcək: “Bərpa olunan enerji mənbələrindən istifadə, onun növləri, texnologiyalar, aşağı karbon həlləri, dronlar haqqında təlimlər bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılacaq”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.