REGİONLAR
“Təbriz” ansamblının rəhbəri: “İpək yolu” festivalına Təbriz mahnılarından çələng hörüb gətirdik VİDEO
Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivalının şöhrətini eşitmişdim və bu festivala qatılmağı çox istəyirdim. Şadam ki, arzum gerçəkləşdi və biz artıq “İpək yolu” festivalında iştirak edirik.
Bu sözləri Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, “Təbriz” instrumental ansamblının rəhbəri, xanəndə Ramin Qəznəvi AZƏRTAC-a müsahibəsində deyib.
Festivala qədim və müasir Təbriz mahnılarından çələng hörüb gətirdiklərini vurğulayan ansamblın rəhbəri onlara bu imkanı yaratdıqlarına görə Azərbaycan Bəstəkarlar İttifaqına, TÜRKSOY təşkilatına və Şəki şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]