QAN YADDAŞI


Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

Tehran, 19 yanvar, AZƏRTAC 

Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” qəzetində, “Shabestan.ir” saytında və “Sarirnews Agency”də 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı hələ də bu ağrını öz qəlbində hiss edir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində silinməz iz buraxıb. Məhz 20 Yanvar faciəsində Azərbaycan xalqı mübariz, azadlıqsevər və müstəqilliyə can atan bir xalq olduğunu göstərdi. SSRİ rəhbərliyinin haqsızlığına və Ermənistanın təcavüzünə qarşı səsini yüksəldən xalqa qarşı amansız divan tutuldu. Bu vəhşi aksiya nəticəsində 147 nəfər həlak olub, 700-dən artıq insan yaralanıb. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu aksiyaya etiraz edərək Moskvada SSRİ rəhbərliyini kəskin tənqid etdi və informasiya blokadasını yararaq Bakıda baş verənləri dünyaya çatdırdı.

Məqalədə vurğulanır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Canlarını azadlıq uğrunda itirən şəhidlərin xatirəsi dövlət tərəfindən həmişə əziz tutulur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.