DÜNYA


Təbrizin tarixi bazarında yanğın baş verib

Tehran, 9 may, AZƏRTAC

Bu gün səhər saatlarında Təbrizin qapalı bazarında yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində iş adamlarına və ticarətçilərə külli miqdarda ziyan dəyib. Hazırda hadisə yerində yanğınsöndürənlər və təcili tibbi yardım təşkilatının əməkdaşları çalışırlar. Ölən və yaralananlar, eləcə də ziyanın miqdarı haqqında hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyada ən böyük qapalı bazar olan “Təbriz bazarı” tarixi memarlıq abidəsidir. Bazarın 1000 ildən çox yaşı var.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.