REGİONLAR


“Technofusion” şirkəti Bakı Mühəndislik Universiteti ilə əlaqələr qurur

Xırdalan, 7 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşları “Technofusion” şirkətinin inzibati və insan resursları şöbəsinin rəhbəri Zemfira Əliyeva ilə görüşüblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi şirkət ilə universitet arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Tələbələrin şirkətin təcrübə proqramlarına cəlb edilməsi, həmçinin vakant yerlərə məzunların işlə təmin olunması və şirkətin təcrübəli əməkdaşlarının universitetdə keçiriləcək təlimlərdə iştirakı barədə tərəflər arasında razılıq əldə edilib.

Xatırladaq ki, “Technofusion” şirkəti 2016-cı ildə yaradılıb və o vaxtdan etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkətin “Cisco”, “Oracle”, “Lenovo”, “IBM”, “Dell”, “Huawei”, “Microsoft”, “Palo Alto Networks”, “SAP”, “Zebra Technologies” və digər sənaye liderləri kimi tanınan dünyanın aparıcı informasiya kommunikasiya texnologiyaları təchizatçıları ilə tərəfdaşlıq əlaqələri mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.