CƏMİYYƏT


Təcridxanaya qadağan edilmiş maddənin keçirilməsinin qarşısı alınıb

Bakı, 27 aprel, AZƏRTAC

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərli Hüseyn Fazil oğluna qonşusu Bakı şəhər sakini Əlizadə Əli Bayraməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zaman orada olan göy soğanın içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş bir ədəd sellofan bükülüdə çəkisi 0,478 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.