ELM VƏ TƏHSİL


Təcrübə-Sənaye Zavodunda sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə olunacaq

Bakı, 23 fevral, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda uzun müddətdir ki, sürtkü materiallarının alınmasında xammal kimi texniki bitki yağlarından istifadə olunurdu. Lakin son zamanlar dünya bazarında bitki yağlarının qiymətində yüksək artım tempinin müşahidə olunması bu yağların başqa xammalla əvəzlənməsi zərurəti yaradıb. Bu məsələ YT Parkın baş direktoru, professor Əbülfəz Babayevin rəhbərliyi ilə keçirilən müşavirədə müzakirə olunaraq, alternativ mənbələrin tapılması istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq Təcrübə-Sənaye Zavodunda yeni nəsil sürtkü materiallarının alınmasında xammal kimi alfa-olefin əsaslı oliqomerlərdən istifadə olunması məqsədəuyğun hesab edilib.

Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib. Bildirilib ki, Sumqayıtda fəaliyyət göstərən "Etilen-Polietilen" zavodunda istehsal zamanı yan məhsul kimi alınan izobutan-izobutilen fraksiyasının YT Parkda tətbiqi nəzərdə tutulub. Bu məqsədlə texnoparkda ilk mərhələdə istehsal həcmi 10-20 litr olan pilot qurğusunun quraşdırılması və tədqiqatların aparılması planlaşdırılır. Alınmış oliqomerlər əsasında sürtkü materiallarının sınaq partiyaları əldə olunacaq. Bu nümunələrdə müsbət nəticələr alınarsa növbəti mərhələdə lazımi miqdarda alfa-olefin əsaslı oliqomerlərinin sintezinə imkan verən yarımsənaye qurğusunun layihələndirilməsinə və quraşdırılmasına başlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.