DÜNYA


Tədqiqat: Meksikada təxminən 60 milyon insan koronavirusa yoluxub

Bakı, 3 may, AZƏRTAC

2020-ci ilin fevral ayından indiyədək Meksikada təxminən 60 milyon insan koronavirusa yoluxub.

AZƏRTAC yerli “Milenio” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat Meksikanın Sosial Sığorta Fondunun apardığı tədqiqatın nəticələrində əksini tapıb.

2020-ci il fevralın 10-dan dekabrın 31-dək olan dövrü əhatə edən tədqiqatın müəllifləri təxminən 45 milyon meksikalının COVID-19 infeksiyasına yoluxduğu, epidemiyanin əhalinin 50 faizinə təsir etdiyi, yəni 60 milyon insanın koronavirusun səbəb olduğu xəstəliklərlə qarşılaşdığı qənaətinə gəliblər.

2020-ci ildə Səhiyyə Nazirliyi nəzdində yaradılan Sağlamlıq və Rifah İnstitutunun tibbi koordinasiya şurasının rəhbəri Viktor Ugo Borha Aburtonun sözlərinə görə, koronavirusun yayılmasının birinci və ikinci dalğaları zamanı 60 milyon insanın COVID-19 infeksiyasına yoluxduğu nəzərə alınsa, üçüncü dalğanın baş verməyəcəyini söyləmək olar.

Tədqiqatda qeyd olunur ki, yoluxanların 86,1 faizində anticisimlər əmələ gəlib. Lakin sağalanların 13,9 faizinin yenidən yoluxmaq ehtimalı olduğu üçün lazımi ehtiyat tədbirinə mütləq əməl etmək lazımdır.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda 130 milyon əhalinin yaşadığı Meksikada 2 milyon 348 mindən çox yoluxma faktı aşkarlanıb. Eyni zamanda, bu dövr ərzində 217 min 233 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib, 1 milyon 867 min nəfər isə sağalıb. Koronavirusun yayılma tempi öncəki həftə ilə müqayisədə azalmağa davam edir -14 faiz.

Hazırda Meksikanın regionlar üzrə xəstəxanaların yüklənməsi 11 faiz təşkil edir. Hakimiyyət orqanları ötən ilin sonlarından başlayaraq tibb işçilərinin, müəllimlərin və yuxarı yaş qrupu nümayəndələrinin qorunması üçün koronavirus əleyhinə 18,3 milyon vaksin dozası istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.