CƏMİYYƏT


Tədqiqat: Qədim Roma dövründən bəri mövcud olan buzlaqlar bir neçə həftə ərzində tamamilə əriyə bilər

Bakı, 13 avqust, AZƏRTAC

Arktikada temperatur son 40 ildə dünyanın qalan hissəsi ilə müqayisədə demək olar ki, dörd dəfə daha sürətlə artıb. AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, bu nəticələr Böyük Britaniyanın “Nature” elmi jurnalının avqust nömrəsində dərc edilmiş araşdırmada yer alıb. Onun müəllifləri xəbərdarlıq edir ki, qütb buzlaqlarının ərimə sürəti ilə bağlı əvvəlki proqnozların lazımınca dəyərləndirmədiyi ehtimal olunur.

Lakin buzlaqlar təkcə Arktikada deyil, həm də çoxdan itirilmiş əşyaların, məsələn, 1960-cı illərdə qəzaya uğramış təyyarənin ərimiş qalıqlarının get-gedə daha çox tapıldığı Alp dağlarında əriyir.

“Qlobal istiləşmə davam edir”, - deyə Lozanna Politexnik Məktəbinin buzlaqlar üzrə tədqiqatçısı Rober Bonyezi bildirib. Bu nəzərə çarpır: buzlaqlar getdikcə daha çox sürətlə sıxılır. Bu, tamamilə açıq-aydındır. Bundan əlavə, mənə elə gəlir ki, insanlar son onilliklərdə buzlaqlara getməyə daha çox meyillidirlər. Ona görə də düşünürəm ki, biz bu cür tapıntıları əvvəlkindən daha tez-tez aşkar edəcəyik”.

Alp dağlarının mühafizəsi üzrə beynəlxalq komissiyanın məlumatına görə, son 120 ildə bu dağlarda orta temperatur 2 dərəcə yüksəlib. Bu, dünya üzrə orta göstəricidən təxminən iki dəfə çoxdur.

Buzlaqların əriməsi səbəbindən İtaliya, Fransa və İsveçrə burada yerləşən yay xizək kurortlarını bağlamaq məcburiyyətində qalıb. Qədim Roma dövründən bəri mövcud olan bəzi buzlaqların bir neçə həftə ərzində tamamilə əriyə biləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.