ELM VƏ TƏHSİL
Tədqiqatçı alim Azərbaycanda geoarxeologiya elminin inkişafından danışıb
Bakı, 13 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Geoarxeologiya: qədim tarixin təbiət elmlərinin metodları ilə öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi arxeoloji tədqiqatlarda coğrafiya, geologiya, geomorfologiya, torpaqşünaslıq və digər yer elmlərinin, onların metod və yanaşmalarının mühüm rolundan danışıb.
Tədqiqatçı alim qədim tarixi abidələrimizi, ilk növbədə isə UNESCO-nun Dünya İrsi Siyahısında yer almış Qobustan Milli Tarixi-Bədii Qoruğunu, eləcə də mağaralarımızı, məsələn, Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, yəni təbiət elmləri mütəxəssisləri ilə birlikdə müvafiq metodların tətbiqi əsasında tədqiq edərək daha dolğun nəticələr olunacağını diqqətə çatdırıb.