ELM VƏ TƏHSİL
Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminə start verilir
Bakı, 22 iyun, AZƏRTAC
İyun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.
Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı da fəaliyyət göstərir. Vətəndaşlar (+994) 51 206 78 48 vatsap nömrəsi vasitəsilə I sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.