ELM VƏ TƏHSİL


Tədris ilinin ilk səyyar qəbulu Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək

Bakı, 8 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbuluna start verir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İlk səyyar qəbul oktyabrın 12-də Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək. Bakıdakı 168 nömrəli tam orta məktəbdə (Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 38) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçiriləcək səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.