MƏDƏNİYYƏT


“Tədris ilinin son akkordları” adlı konsert keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində “Tədris ilinin son akkordları” adlı konsert keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin şagirdləri tərəfindən R.Falvo, G.Struve, Y.Çiçkov, F.Əmirov, T.Quliyev, C.Hacıyev, R.Mirişli, F.Sücəddinov və başqalarının əsərləri səsləndirilib. Konsert məktəbin xor kollektivinin ifasında F.Sücəddinovun “Heydərlə Azərbaycanım” mahnısı ilə tamamlanıb.

Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin kollektivinə uğurlar arzulayıb, fərqlənən müəllim və şagirdlərə Fəxri fərmanlar təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.