ELM VƏ TƏHSİL


Tədrisin digər dildə aparıldığı bölmələr üzrə I sinfə qəbul üçün müsahibələr keçirilir

Bakı, 12 may, AZƏRTAC

Dövlət ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsahibələr mayın 31-dək davam edəcək. Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Paytaxtdakı ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 5 mərkəzdə 20 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların şifahi nitq bacarıqları 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada ifadə edə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) qiymətləndirilir.

Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri müsahibə komissiyalarının işini müşahidə edir və prosesin gedişatını izləyirlər.

Qeyd edək ki, müsahibəyə yazılma mərhələsinin mayın 30-u saat 11:00-da yekunlaşması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.