CƏMİYYƏT


Təhlükəsiz əmək şəraiti məhsuldarlığın artmasına imkan yaradır

Bakı, 10 aprel, AZƏRTAC

Təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai rayonunda təşkil etdiyi “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin, işçilərin vəzifələri barədə məlumat verilib, habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri, işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.

İqtisadiyyatın bütün sahələrində əməyin mühafizəsi xidmətinin yaradılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər təqdim edilib. Qeyd olunub ki, əməyin mühafizəsi xidmətlərinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxildir. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək hüququna malikdirlər.

Seminarda iştirakçıların sualları cavablandırılıb, onlara mövzu üzrə əlaqədar maarifləndirici bukletlər paylanılıb. Tədbir zamanı iş yerində istehsalat qəzalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə də ətraflı məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.