CƏMİYYƏT


“Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı müsabiqəyə təqdim olunan rəsmlərin qiymətləndirilməsi başa çatıb

Bakı, 26 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı müsabiqəyə təqdim edilən rəsmlərin qiymətləndirilməsi yekunlaşıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qiymətləndirmə zamanı V-XI sinif şagirdləri tərəfindən müsabiqəyə təqdim olunan 757 rəsmə baxılıb. Onların arasından müsabiqənin şərtlərinə uyğun olan və seçilən 30 rəsm müəyyənləşdirilib. Bəyənilən rəsmləri çəkən məktəblilərdən 3-ü 1-ci, 5-i 2-ci, 10-u 3-cü, digərləri isə həvəsləndirici yerlərə layiq görülüb.

Rəsm müsabiqəsində qalib gələn şagirdlərin əsərləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq və seçilmiş rəsmlərin müəllifi olan şagirdlər mükafatlandırılacaq. Onlardan 1-ci yerə layiq görülən 3 ən yaxşı rəsmin müəllifinə agentlik tərəfindən tərtib edilən sertifikat və xüsusi hədiyyələr veriləcək. Digər məktəblilərə isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Məktəblinin dostları”nın dəstəyi ilə həyata keçirilən layihə məktəblilərin qida təhlükəsizliyi ilə bağlı təxəyyül və biliklərinin çəkdikləri rəsmlər vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmək, həmçinin onların təhlükəsiz və sağlam qida anlayışlarına dair təsəvvürlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.