ELM VƏ TƏHSİL


“Təhlükəsizlik və idarəetmə” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

Bakı, 13 fevral, AZƏRTAC

İyulun 29-dan avqustun 1-dək ABŞ-ın Las-Veqas şəhərində “Təhlükəsizlik və idarəetmə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTACA-a bildirilib ki, konfransın təşkilində məqsəd kompüter və şəbəkə təhlükəsizliyi üzrə fəaliyyət göstərən mütəxəssisləri və istifadəçiləri informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə innovativ ideyaların araşdırılması və təcrübə mübadiləsinin aparılması üçün bir araya toplamaqdır.

Konfrans kriptoqrafik texnologiyalar, təhlükəsizlik tətbiqləri, informasiya, şəbəkə və kompüter təhlükəsizliyi, biometrika istiqamətləri, təhlükəsizliyin idarə olunması məsələlərini əhatə edəcək.

Məqalələr martın 26-dək qəbul olunur.

Konfrans haqqında ətraflı məlumatı http://sam.udmercy.edu/sam19/ saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.