DÜNYA


Tehran-Frankfurt aviareysləri bərpa olunur

Tehran, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 25-dən Tehran-İstanbul, oktyabrın 3-dən isə Tehran-Frankfurt aviareysləri bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Iran Air” aviaşirkətinin açıqlamasında deyilir. Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılan reyslər tədricən bərpa edilir.

Məlumata görə, bilət alan sərnişinlər uçuşdan 72 saat əvvəl koronavirus testindən keçməli və müvafiq arayışı alaraq hava limanında sərnişinlərə nəzarət edən həkimlərə təqdim etməlidirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.