DÜNYA
Tehran yaxınlığındakı neftayırma zavodu yanğından sonra fəaliyyətini bərpa edib
Tehran, 4 iyun, AZƏRTAC
Tehran yaxınlığındakı neftayırma zavodu yanğından sonra fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, zavod baş verən güclü yanğından sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı. Zavodun icraçı direktoru Həmid Armanfər bildirib ki, yanğın benzin çənindəki sızmanın nəticəsində baş verib və bir nəfər yaralanıb. Onun sözlərinə görə, zavoda dəyən maddi ziyanın həcmi hesablanır. Artıq zavodda istehsal prosesi bərpa edilib.
Tehran yaxınlığındakı neftayırma zavodunda benzin, dizel, qazolin və mazut istehsal edilir. Netf məhsullarının İran üzrə ümumi istehsalının 15 faizi bu zavodun payına düşür. Bu zavod İranın ən iri neftayırma zavodlarından biridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]