DÜNYA


Tehranda 34-cü Beynəlxalq İslam Vəhdəti Konfransı işə başlayıb

Tehran, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Tehranda 34-cü Beynəlxalq İslam Vəhdəti Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 47 ölkədən 167 İslam aliminin iştirakı ilə keçirilən konfransda 350 çıxış olacaq.

İki gün davam edəcək konfransın panel iclaslarında müasir dünyada İslamın rolu, bu din əleyhinə təbliğatın qarşısının alınması və İslam ümmətinin birliyi məsələləri müzakirə ediləcək.

Konfransın işində İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Qalibaf iştirak edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.